Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qurbanlıq heyvan daşıyacaq şəxslərin DİQQƏTİNƏ - Bu sənədlər mütləq olmalıdır - VİDEO


Artıq qurban bayramına sayılı günlər qaldı. Bu isə o deməkdir ki, 1-2 gün sonra qurbanlıq heyvanların bölgələrdən Bakıya daşınmasına başlanacaq. Ancaq kim gəldi, necə gəldi bu heyvanları daşıya bilməyəcək. Fermerlər qurbanlıq heyvanları daşımaq üçün mütləq müşayiətedici sənədlər almalıdırlar. Bu sənədlər hansılardır və kimlərdən almaq lazımdır? 
Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki,qurban bayramı ilə əlaqədər bölgələrdən iri və xırdabuynuzlu heyvanların paytaxt Bakıya kütləvi daşınması həyata keçiriləcək. Bu səbəbdən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qurbanlıq heyvanların daşınması, satılması və kəsilməsi qaydaları müəyyənləşdirilib. Agentliyin şöbə müdiri Qalib Əbdüləliyev deyir ki, heyvanlar respublikanın bir yerindən başqa yerinə daşınarkən mütləq fermerlərin müşayiətedici sənədləri olmalıdır
Agentliyin saytında qurbanlıq heyvanların satılacağı və kəsiləcəyi yerlərin siyahısı göstərilib. Ümumilikdə siyahıda 134  ünvan əks olunub. Bəs fermerlər həmin ünvanlarda heyvan satışı və kəsimi etmək üçün hansısa bir ödəniş etməlidirlərmi? 
Qeyd edək ki, Azərbaycanda Qurban bayramı 9-10 iyulda qeyd ediləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də