Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qazax Psixiatriya Xəstəxanasında xəstələrin həyatı təhlükə altındadır – FOTO


Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında müalicə olunan şəxslərin həyatı təhlükə altına düşüb.

Bu barədə səhiyyə müəssisəsində müalicə alan şəxslərin yaxınları məlumat verib.

Bu xəstəxanada sağlam adam dəli olar

Qeyd olunub ki, tibb ocağında antisanitariya şəraitinin hökm sürməsi, xəstələrin yaxınlarından qanunsuz olaraq ödənişlərin tələb olunması, müalicə olunan xəstələrin bədən və baş nahiyələrində yoxlanış zamanı müxtəlif növ bit və birələrin olması və bu kimi onlarla digər fakt aşkarlanıb.

Məlumata görə, stasionar şəkildə müalicə alan xəstələrin həyatı baxımsızlıqdan təhlükə altına düşüb və onların bədənlərində müxtəlif ölçülərdə yaralar meydana gəlib. Buna səbəb isə xəstəxananın hamam otaqlarının işlək vəziyyətdə olmaması və xəstələrin vaxtlı-vaxtında yuyunmaması göstərilir.

Bu xəstəxanada sağlam adam dəli olar

Sanitar qovşaqda hökm sürən antisanitariya şəraiti tibb müəssisəsində müxtəlif xəstəliklərin yaranmasına da gətirib çıxarıb. Belə ki, anadangəlmə və yaxud da ki, sonradan psixoloji və nevroloji problemlərdən əziyyət çəkən ruhi-əsəb xəstələri arasında natəmizlik səbəbindən müxtəlif xəstəliklər də yaranıb.Bundan əlavə, qeyd olunub ki, xəstələr üçün ayrılan ərzaq təminatı xəstəxana rəhbərliyi tərəfindən mənimsənilərək satılır. Buna görə də xəstələr yalnız yaxınlarının gətirdiyi ərzaq sovqatı ilə qidalanmağa məcbur olurlar. İddia olunur ki, bəzi hallarda xəstə yaxınlarının gətirdiyi ərzaq sovqatları da tibb müəssisəsinin rəhbərliyinin göstərişi ilə mənimsənilir.

Bu xəstəxanada sağlam adam dəli olar

Məlumata görə, bir müddət əvvəl Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə

Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Qazax Rayonlararası Psixiatriya Xəstəxanasına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmələr həyata keçirilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də