Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

TƏCİLİ! Rusiya və İran ordusu birlikdə HÜCUMA KEÇDİ – ABŞ-dan XƏBƏRDARLIQ


ABŞ hökuməti Yaxın Şərqdəki silahlı qüvvələrinin son vaxtlar tez-tez Rusiya və İranın təxribatçı və təhlükəli davranışları ilə üzləşməsindən narahatdır.
Bu barədə “Vaşinqton Post” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Nəşr bildirib ki, ABŞ iyun ayında Pentaqonun “təxribatçı addım” kimi qiymətləndirdiyi Rusiya və İranın bir neçə belə təhlükəli və qeyri-peşəkar davranışını qeydə alıb. Xüsusən də Rusiya hərbi təyyarələrinin Suriyanın hava məkanında ABŞ aviasiyasına təhlükə yaratdığı deyilib.

Yazının davamı reklamdan sonra


Qəzet ABŞ-ın dəstəklədiyi silahlı birləşmələrin Ət-Tanf hərbi bazasının yaxınlığında yerləşən düşərgəsinə iyunda hava hücumunun edildiyinə də diqqət çəkib. Nəşrin həmsöhbətinin sözlərinə görə, Rusiya təxminən 35 dəqiqə ərzində bu barədə ABŞ hərbçilərini xəbərdar edib.
Hava hücumunda ABŞ silahlı qüvvələrinin şəxsi heyətindən heç kim xəsarət almayıb, amma Ağ Ev Rusiyanın belə davranışlarını “regionda hökmranlığı gücləndirmək cəhdi” kimi qiymətləndirir.
 
Bundan əvvəl ABŞ Prezidenti Co Baydenin Yaxın Şərqə səfərini təxirə saldığı bildirilib. İyunun sonuna planlaşdırılan səfər iyulda baş tutacaq. Bu barədə ABŞ və İsrailin rəsmi mənbələri bildiriblər.Bayden prezidentliyə başlayandan bəri ilk dəfə regiona səfər edəcək. Proqramın təxirə salınmasına səbəb Amerika liderinin Avropa səfəri ilə bağlı sıx qrafiki olub. // teleqraf.com

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də