Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ofisdə kondisionerdən uzun müddət istifadənin zərərləri açıqlandı



"Küçə ilə müəssisənin daxilindəki temperatur arasında maksimum fərq 6° C-dən çox olmamalıdır".
Bunu tanınmış rusiyalı həkim Aleksey Vodovozov isti havada kondisionerlərin təhlükəsiz istifadəsi ilə bağlı məsləhətlərində deyib.
Onun sözlərinə görə, uzun müddət çox soyuq hava axını altında olan bir insanın əzələləri ağrıya, boyun və ya bel mioziti yarana bilər.
"Bu, xüsusilə çöldə tərlədikdən sonra ofisə, kondisionerin altına qayıtdıqda müşahidə olunur", - deyə həkim bildirib.
O, səhəri gün insanda boynu döndərməkdə və hətta yataqdan qalxmaqda problemlərin yarana biləcəyi barədə xəbərdarlıq edib.
Bununla belə, həkim ürək-damar sisteminin xroniki xəstəlikləri olan insanlara istiliyin və havasızlığın pis təsir etdiyini deyərək, onlara kondisionerli otaqda olmağı tövsiyə edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də