
Beyləqan rayonunun İkinci Aşıqlı kəndində "KamAZ" markalı yük avtomobili yol kənarına aşıb.
Fövqəladə Halları Nazirliyindən verilən məlumata görə, nəticədə avtomobilin taxtadan ibarət banının yanar hissələri və banına yığılan 3 ton ot bağlaması yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.