Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Böyük Britaniyanın ən kök kişisi 18 gün xəstəxanada dörd çarpayını məşğul edib..."


Metyu Krouford 18 ay Nottingemşir qraflığının Satton-in-Aşfild şəhərinin xəstəxanasında gücləndirilmiş çarpayıda keçirərək məşhurlaşıb.
 
Bu, Milli Səhiyyə xidmətinə həftədə 7 min funt sterlinqə (təxminən 14 400 man.-red.) başa gəlib.
 
Krouford xəstəxanada lazım olduğundan çox qalıb, çünkin ev şəraitində ona qulluq təşkil etmək mümkün olmayıb.
 
Bu zaman o, xəstələrin müalicəsi üçün nəzərdə tutulan 4 çarpayını məşğul edib.
 
Müalicə müddətində Krouford pitsa və Çin yeməyini sifariş edib. 
 
Onun şampan şüçəsi ilə xəstəxana çarpayısında fotoları qalıb.
 
Krouford xəstəxanadan çıxanda arıqlamaq istəyənlərin qrupuna qoşulub, amma çəkisini azalda bilməsi bəlli deyil.
 
Məlumat verilib ki, o, işsizlik üzrə ona verilən müavinəti 65 düyməlik televizora və müxtəlif idman və əyləncəli abunələrə xərcləyib.
 
Bundan başqa, kişi, guya, ona qulluq edən 4 tibb bacısını təhqir edib.
 
Kroufordun dostları məlumat verib ki, ötən həftə o, yenidən xəstəxanaya düşüb, sepsisdən və daxili orqanlarının funksiyasının kəskin pozulmasından vəfat edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də