Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Rusiya Ukraynadakı müharibəyə sutkada yarım milyard dollar xərcləyir..."


"İlan adasında Rusiyanın itkiləri təxminən bir milyard təşkil edib"
 
"Rusiya İlan adasını heç də "xoş məramına" görə deyil, qarnizonun Ukraynanın zərbələrinə həssas olduğu üçün tərk edib"
 
Rusiya ordusunun Qara dənizdəki İlan adasında olduğu dörd ay ərzində maliyyə itkiləri hesablanıb.
 
Bu barədə Ukraynanın "Forbs" jurnalı məlumat yayıb.
 
Rusiyalılar üçün ən böyük itki Qara dəniz donanmasının flaqmanı olan və aprelin 14-də batan "Moskva" raket kreyseri olub. Gəminin dəyəri 750 milyon dollardır.
 
Həmçinin İlan adasında Rusiyanın ümumi dəyəri 100 milyon dollardan artıq olan ən azı səkkiz "Top", "Pansir", "Strela"  zenit kompleksləri və ümumi dəyəri təxminən 50 milyon dollar olan müxtəlif sinifli üzən vasitələr olub.
 
Bundan başqa, rusiyalı hərbçilər dəyəri 8 milyon dollar olan Mi-8 helikopterini və dəyəri 42 milyon dollar qiymətləndirilən radiolokasiya avadanlığını itirib.
 
Ümumilikdə, İlan adasında və ətraf sularda məhv edilən Rusiya texnikasının dəyəri 915 milyondan çox təşkil edib.
 
"Forbs" qeyd edir ki, yalnız təsdiq edilən itkilər nəzərə alınıb və son məbləğ xeyli artıq ola bilər.
 
Zatən, Rusiya üçün dörd ay ərzində təxminən bir milyard dollar itkilər o qədər də çox deyil.
 
May ayında "Moskovskoye vremya" qəzeti Rusiya maliyyə nazirliyinə istinadən məlumat verib ki, Rusiya müharibəyə sutkada yarım milyard dollar xərcləyir.
 
Xatırladaq ki, İlan adası Qara dənizdə Ukrayna sahillərindən 35 km aralı olan kiçik quru sahədir. Rusiya onu müharibənin ilk günü zəbt edib. O gündən ada uğrunda döyüşlər gedib. Rusiya İlan adasında Odessa yaxınlığında öz gəmilərini qorumaq üçün orta mənzilli zenit-raket kompleksləri yerləşdirməyə cəhd edib.
 
Dünən Rusiya müdafiə nazirliyi bəyan edib ki, Rusiya adada "qarşıya qoyulan bütün vəzifələri icra edib", ona görə də oradan "xoş məram nümayiş etdirərək" qoşunlarını şıxarıb.
 
Ukrayna tərəfinin məlumatına görə, rusiyalılar Ukrayna tərəfindən atəşlərdən sonra "qarnizonun qalan hissəsini iki sürət kateri ilə təxliyə edib".
 
Bu gün britaniyalı hərbçi analitiklər qeyd edib ki, Rusiya İlan adasını qarnizonun təcrid edilməsi və Ukrayna zərbələrinə həssas olduğu üçün tərk edib, Rusiya hərbi komandanlığının "xoş məramı"nın buna heç bir aidiyyəti yoxdur.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də