Dünən – noyabrın 26-dan xəbər verdiyimiz kimi, işğalçı və separatçı ermənilər yenidən 10 Noyabr razılaşmasının müddəalarını pozmağa çalışmaqla Laçın rayon mərkəzi və Zabux kəndinin Ermənistanın nəzarətində qalmasına cəhd edirlər. Ərazidəki qondarma qurumların rəhbərləri, o cümlədən Laçının qanunsuz erməni “meri” bu mövzuda Rusiya ilə danışıqların getdiyini bildirmişdi. Gecə saatlarında işğalçı ölkənin baş naziri Paşinyanın Rusiya lideri V.Putinlə telefon danışıqlarında da məhz bu məsələnin müzakirə olunduğu iddia edilir.
Moderator.az xəbər verir ki, az öncə Laçının qondarma “meri” Narek Aleksanyan Aysor.am-a açıqlamasında bildirib ki, Laçın şəhəri və Zabux kəndindən əlavə, “dəhliz”ə və Ermənistanla sərhədə çox yaxın məsafədə yerləşən Sus kəndi də ermənilərin nəzarətində qalacaq.
“Ona görə də həmin yaşayış məntəqələrinin sakinləri öz evlərində qalıb yaşaya bilərlər”- deyə halalca torpağımızı zəbt etmiş saxta, işğalçı erməni "mer" inamla söyləyib.
P.S....