Rəsmi Kremlin Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi Kiyevdə hakimiyyətə gətirmək istədiyi barədə məlumat yayılıb.
Bu barədə KİV-ə Ukrayna kəşfiyyatındakı mənbələrdən bildirilib.
Qeyd edilir ki, Ukraynada dövlətə xəyanətdə təqsirli bilinən eks-prezident Viktor Yanukoviç indi Minskdədir - o, xüsusi əməliyyata hazırlanır.
Xəbərdə qeyd edilir ki, ssenarilərdən birinə görə, Yanukoviçi Minskdə “Ukrayna prezidenti” elan etməyə çalışacaqlar.
“Alınan məlumatlar Kreml tərəfindən yaxın vaxtlarda eks-prezident Yanukoviçin Ukraynaya qayıtması və ya onun adından Ukrayna xalqına müraciətin dərci ilə bağlı hansısa informasiya əməliyyatı və ya aksiyanın hazırlana biləcəyinə işarə edir”,-deyə Ukrayna mətbuatı yazır.
Xatırladaq ki, Ukraynada Yanukoviç vətənə xəyanətdə təqsirli bilinərək, 13 il müddətinə azadlıqdan məhrum edilib. V.Yanukoviç Rusiyaya sığınıb.
V.Yanukoviç 2002–2005, 2006–2007-ci illərdə Ukraynanın baş naziri olub. 2010-cu ildə keçirilən prezident seçkilərinin ikinci turunda 48,95% səslə ölkənin 4-cü prezidenti seçilib.
22 fevral 2014-cü il tarixində baş vermiş əhalinin narazılığından sonra ölkədən qaçıb və parlament tərəfindən prezidentlik hüququndan məhrum edilib.