Bakı şəhər sakini İsayev Xaqan Əmiraslan oğlu “Kontakt Home” mağazalar şəbəkəsindən dəyəri 505 AZN olan mobil telefon alsa da, sonradan telefonun defekt çıxdığı məlum olub. Şəhər sakini problemi mağazaya bildirsə də, rəhbərlik vətəndaşın istehlakçı hüquqlarını kobud şəkildə pozaraq, telefonu yenisiylə əvəz etməyib. Bu haqda redaksiyamıza Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Qurum sədri deyib ki, vətəndaşlar bu cür problemlərlə bağlı tez-tez onlara şikayət edirlər.
Vətəndaş şikayət məktubunda yazır:
“13.02.2020 tarixində “Kontakt Home” mağazalar şəbəkəsinin Xırdalan şəhəri Heydər Vəliyev prospekti 240 ünvanında yerləşən filialından ümumi dəyəri 505 AZN olan “Xiaomi Redmi Note 8” (64GB) mobil telefonunu 14 aylıq faizsiz kreditlə, ilkin odənişsiz və bir illik zəmanətlə əldə etmişdim. Telfonu aldığım zaman qutusunun içərisində olan kaburadan elə ilk andan istifadə etmişəm və telefonu kifayət qədər səliqəli saxlamışam. İki ay istifadədən sonra telefonun zavod defektli olduğu üzə çıxdı. Telefonun ekranında rənglərin səbəbsiz yerə dayişməsi, donması, zəng zamanı və səsli mesaja qulaq asarkən dinamikdən kolonkaya keçməsi, kamera ilə çəkiliş zamanı rənglərin qarışması və sair problemlər yarandı. Pandemiya dövründə gərgin jurnalist fəaliyyəti ilə məşğul olduğum üçün vaxtım məhdud idi, dükana gedib telefonu dəyişməyə və şikayətimi bildirməyə vaxtım yox idi. Bu müddət ərzində dəfələrlə dükana müraciət etdim, lakin məni hər dəfə Bakı şəhəri Nəsimi rayonu Rövşən Cəfərov küçəsi 10 ünvanında yerləşən “Servis Link”-ə müraciət etməyimi bilirdilər.
08.10.2020 tarixində “Servis Link”-ə yaxınlaşıb telefonu təmirə təhvil verdim, və mənə maksimum 14 gün ərzində məhsulu geri alacağımı bildirmişdilər. Telefonu təhvil alan zaman, Əliyeva Mehriban adlı xanım xüsusi işıqla telefona qiqqətlə baxdı, mənə heç bir irad bildirmədən telefonu məndən qəbul etdi. Bir həftə keçdikdən sonra, servisdən xəbər gəlmədiyinə görə mən servislə əlaqə saxladım və telefonum barədə məlumat almaq istədim, cavabında isə mənimlə gün ərzində əlaqə saxlayacaqlarını bildirdilər. Lakin əlaqə saxlanılmadı və ondan sonra 4 gün hər səhər müracət etdim, eyni problemi dedim və zəng gözlədim, ancaq heç bir zəng gəlmədi, və servis əməkadaşları isə mənə böhtan ataraq guya mənə zəng olunduğunu bildirirdilər.
19.10.2020 tarixində (artıq 12 ci gün) Mİ akkauntdan çıxış etmək üçün mənlə əlaqə saxlanıldı. Məndə artıq səbrim tükəndiyinə görə təmirdən imtina etdiyimi bildirdim. Lakin səhərisi gün 20.10.2020 tarixində əlaqə saxlayıb təmirə davam edilməsini istədim və istəyim qeydə alındı. 23.10.2020 də (16 cı gün) yenidən “Servis Linkə” telefonumu artıq istifadəyə hazır vəziyyətdə almağ ümidi ilə yaxınlaşdım. Lakin telefonumu hələ heç təmirə başlanılmamışdır cavabını aldım. Mən də haqlı olaraq artıq yeni telefon tələb etdim. Servis Linkin Administratoru Nurlan Zeynalov, yanlış və əsassız səbəblər gətirərək, yeni telefon verməkdən imtina etdi. Qeyd edirəm ki, telefonu servisə təhvil verən zaman mənə servisdən verilən kağızda sonralar gördüm ki, guya telefonda çox saylı cızıqların və sürtünmələrin olduğu yazılmışdır. Bu birmənalı şəkildə mənə böhtandır, telefon servisə tam cızıqsız və sürtünməsiz verilmişdir. Bu günə kimi telefon servisdədir heç bir xəbər yoxdur, mən vaxtlı vaxtında hətta artıqlaması ilə ödənişləri etmişəm.
Xahiş edirəm ki istehlakçı hüquqlarımı qoruyasınız, mən həmin dəyərdə olan (505 AZN) yeni telefonla təmin edilim. İnsanları aldadan bu satış şəbəkəsi barədə dövlət orqanlarına və mediaya məlumat verilsin ki, insanlar aldadılmasınlar”.