Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bələdiyyə sədrinə cinayət işi AÇILDI

RegionTV.info                                                                                           
Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb. 
Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Nuriyev Camaləddin Müzafəddin oğlu barəsində Cinayət Məcəlləsinin 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
 
Onun barəsində aparılan ibtidai istintaq başa çatıb. Camaləddin Nuriyev barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
 
Camaləddin Nuriyev 10 ildən artıq Pirəbədil bələdiyyəsinin sədri olub. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də