
Son illərdə Azərbaycanda ət istehsalı sabit artım tempini qoruyub saxlayır. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2020-ci ildə ölkədə 346 min ton ət istehsal olunmuşdusa, bu rəqəm 2021-ci ildə 357,6 min tona, 2022-ci ildə 368,2 min tona yüksəlib. Nəhayət, 2023-cü ildə isə rekord göstərici qeydə alınıb – ölkə üzrə ümumi ət istehsalı 379,7 min tona çatıb.
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ölkə üzrə ən çox və ən az ət istehsal edən bölgələr arasında ciddi fərqlər mövcuddur.
Ən az ət istehsal edən bölgələrə gəldikdə isə ilk sırada Mingəçevir qərarlaşıb. 2023-cü ildə bu şəhərdə cəmi 35 ton ət istehsal olunub. Ölkənin əhalisinə görə üçüncü ən böyük şəhəri olan Gəncədə bu göstərici 98 ton təşkil edib. Paytaxt Bakıda il ərzində 2195 ton, Sumqayıtda isə 1973 ton ət istehsal edilib.
Ekspertlər bildirirlər ki, iri şəhərlərdə heyvandarlıq təsərrüfatlarının məhdud olması və əsasən istehlak yönümlü iqtisadi fəaliyyətin üstünlük təşkil etməsi ət istehsalının aşağı olmasının başlıca səbəbləridir. Ən yüksək göstəricilərə sahib rayonlarda isə geniş örüş sahələrinin mövcudluğu və heyvandarlıq ənənələrinin güclü olması mühüm rol oynayır.