Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının həkim-mütəxəssisləri Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə təşkil olunan 1-ci Milli Konqresində iştirak edib. FOTOLAR

 
350-yə yaxın mütəxəssisin iştirak etdiyi konqresin açılış mərasimində Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin təsisçisi və sədri, Yeni Klinikanın direktoru Barat Yusubov, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Millət vəkili Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev, TƏBiB-in İcraçı direktorunun müavini Araz Nəsirov və Avropa Daxili Xəstəliklər Cəmiyyətinin prezidenti Ricardo Gomez Huelgas çıxış edib.
Konqresin əsas məqsədi daxili xəstəliklər sahəsində müasir yenilikləri müzakirə etmək, təcrübə mübadiləsi aparmaq və tibb mütəxəssislərini bir araya gətirməkdir.
Tədbir çərçivəsində yerli və beynəlxalq ekspertlərin təqdimatları, interaktiv sessiyalar aparılıb.
Qeyd edək ki, konqresdə - 15 sessiya ərzində müxtəlif həkim-mütəxəssislər tərəfindən 47 mövzu üzrə müzakirələr aparılıb.

 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də