Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəmkirdə tam orta məktəb təmirdən sonra istifadəyə verildi - FOTO

Şəmkirdə tam orta məktəb təmirdən sonra istifadəyə verildi - FOTO

Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib.

Bu barədəMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.

Bildirilib ki, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən müdir müavini Anar Məcidov, məktəb rəhbərliyi, pedaqoji kollektiv və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən müdir müavini Anar Məcidov çıxış edərək məktəb kollektivini təbrik edib və onlara uğurlar arzulayıblar.

Qeyd edək ki, 1176 şagird yerlik məktəb Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Məktəbdə sinif otaqları, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, inzibati heyət üçün iş otaqları istifadəyə verilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də