Xəbər verdiyimiz kimi, bir qrup cənubi azərbaycanlı İrəvanda “Qarabağ” mahnısını oxuyub. görüntürlər erməni teleqram kanallarında yayılıb. Kadrlar İrəvanın Respublika meydanında lentə alınıb.
Görüntülər ermənilər arasında təşviş yaradıb, sosial media istifadəçiləri şərhlərdə narahatlıq ifadə edib.
Ermənistan hakimiyyəti videonun köhnə olduğunu iddia etsə də, politoloq Qagik Hambaryan sosial media hesabında görüntülərin yeni olduğunu bildirib.
Hambaryan Azərbaycan kəşfiyyatının İrəvanda işlədiyinə də əmin olduğunu deyib:
“Güman edirəm ki, bütün bunların təşkilatçıları Azərbaycan xüsusi xidmət orqanlarıdır ki, onlar ilk növbədə ermənilərə Ermənistanda istədiklərini, istədikləri yerdə, istədikləri zaman edə biləcəklərini, Ermənistanın ağaları və hökmdarları olduqlarını göstərdilər. Onlar Respublika meydanında Azərbaycan dilində “Qarabağ” mahnısını oxuya bilirlər. İkincisi, bütün bunların təşkilatçıları daha bir faktı təsdiqlədilər ki, İrandan bəzi Azərbaycan vətəndaşları Ermənistana gəlib. Ermənistanda Azərbaycan agent şəbəkəsinin nümayəndələri var və onlar Bakının göstərişi ilə hər şeyə hazırdırlar”.