Yevlaxda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin suverenliyi və azadlığı uğrunda mübarizə tarixində mühüm yer tutan 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev,YAP-nın rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Şəhid ailələri, qazilər, müharibə veteranları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbir çərçivəsində Yevlax Şəhər Şəhidlər Xiyabanında qanlı faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarları ziyarət edilib, önlərinə gül dəstələri düzülərək müqəddəs xatirələri böyük ehtiramla yad olunub.