
İmişlidə baş verən qəzada yaralanan məktəbli Məhbubə Əlizadə Yeni Klinikada müalicə olunur.
Bu barədə İmişli - Saatlı seçki dairəsindən deputat seçilmiş Səyyad Salahlı məlumat yayıb.
S.Salahlı paylaşımında bildirib ki, məktəblinin atası Səbuhi Əlizadə ilə birlikdə getdiyi klinikada azyaşlının müalicə prosesi ilə maraqlanıb.
Xatırladaq ki, yanvarın 18-də xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində baş verən qəzada 2 məktəbli vəfat edib, 2-si isə ağır xəsarət alıb.