Lənkəran-Astara Regional Təhsil İdarəsində 18 əməkdaşı işdən çıxarılıb.
Buna səbəb qurumda fəaliyyət göstərən metodiki kabinetin bağlanması olub.
Bildirilib ki, metodiki kabinet bağlanmasına görə Lənkəran, Lerik, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarının hər birindən metodist, kargüzarlar olmaqla 3 əməkdaş işdən çıxarılıb.
Qeyd olunub ki, çıxarılan şəxslərin yerinə isə başqa rayonlardan şəxslər gətiriblər. Kollec məzunu olanları isə fəhlə, texniki işçi adı ilə işdə saxlayıblar.