Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Hadisə rayonun Dağ Bağırlı kəndində baş verib.

Hadisə nəticəsində bir ailənin üç üzvü 1980-ci il təvəllüdlü Ağacanov Ruhlan Nagı oğlu, 2008-ci il təvəllüdlü Ağacanov Ruhin Ruhlan oğlu və 2015-ci il təvəllüdlü Ağacanlı Zəhra Ruhlan qızı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir. Onların evdəki qaz sobasından zəhərləndiyi güman edilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də