
Qazax rayonunun işğaldan azad olunan Xeyrimli, Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndləri kameralar vasitəsilə müşahidə olunur.
Bunu "Qazax" Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Misir Əliyev deyib.
O bildirib ki, "Qazax" Əlahiddə Sərhəd diviziyasında 1000-dən çox kamera fəaliyyət göstərir:
"Diviziya ərazisində sərhədlərin mühafizəsi üçün termal, eləcə də digər kameralardan istifadə olunur. Bu kameralar müşahidə məntəqələrindən izlənilir. Həmçinin, DSX rəisi xidməti otağından bu kameralar vasitəsilə nəzarət olunan ərazilərə baxa bilir".