Gəncə Dövlət Universitetinin ikinci tədris korpusunda “Code For Future” layihəsi çərçivəsində icra olunan “Code Academy” layihəsini bitirən Riyaziyyat və infarmatika fakültəsinin tələbələrinin “Məzun günü” keçirilib.
Tədbirdə “Code Academy” layihəsinin rəhbəri Asiya Rüstəmova çıxış edərək ilk öncə məzunları təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin dəstək verdiyi layihə 2022-ci ildən daha da genişlənərək regionlarda da icra edilir.
Gəncə Dövlət Universtetinin tələbələri də bu layihədə çox yaxından fəal iştirak edirlər. Artıq 3 semestr ərzində “Code Academy” layihəsində universitetin Riyaziyyat və informatika fakültəsinin 152 tələbəsi iştirak edir. Bu layihənin məqsədi tələbələrin sektorun tələb etdiyi ixtisaslara uyğun təhsil almasını təmin etmək, alınan təhsili təstiq edən “Code Academy” diplomuna və beynəlxalq sertifkatlara yiyələndirməkdir. Həmçinin praktika əsaslı təhsil modeli ilə mütamadi bilik və təcrübələrini inkişaf etdirmək, karyera mərkəzi təlimləri və məsləhətləri ilə iş həyatına daxil olmaları asanlaşdırmaqdır.
O da diqqətə çatdırıldı ki, GDU-da tələbələrinə İT Helpdesk və Veb proqramlaşdırmanın əsasları ixtisasları tədris edilib. Layihənin idarəetmə üzrə aparıcı mütəxəsisləri Ülvi Səfərli, Püstəxanım Mənsimzadə, eləcə də müəllimlər Kənan Əmirov və Mirnağı Seyidov da layihə çərçivəsində “Code Academy” təhsil modelinə qoşulmaqla nəzəri biliklərlə yanaşı, təcrübə keçmək imkanlarından da danışıblar.
Sonda məzunlara sertifikat və diplomlar təqdim edilib.