Sosial şəbəkələrdə Biləsuvar rayon V.Rüstəmov adına Ağayrı kənd tam orta məktəbinin təmirsiz vəziyyətdə olması müzakirələrə səbəb olub. Belə ki, məktəbin şagirdlərinin daş döşəmə üzərində tədris alması sosial şəbəkə hesabında paylaşılan görüntülərdə diqqətdən qaçmayıb.
Mövzu ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin edilməsi, yeni binaların tikilməsi və mövcud binaların təmirini əsas prioritetlərdən biri kimi müəyyən edib:
“İdarənin tabeliyində 175 ümumtəhsil, 53 məktəbəqədər və 7 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda 16 təhsil müəssisəsində cari təmir işləri, 3 müəssisədə isə yeni binaların tikintisi davam etdirilir”.