Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mahir Süleymanlı şəhidimizin doğum günündə ailəsini ziyarət etdi

Mahir Süleymanlı şəhidimizin doğum günündə ailəsini ziyarət etdi

Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib.

Deputat Mahir Süleymanlı oktyabr ayının 4-də 44 günlük Vətən Müharibəsi zamanı  qəhrəmancasına şəhid olan Ağaquliyev İlkin Saməddin oğlunun məzarını və ailəsini ziyarət edib. 

 Ailənin qayğı və problemləri ilə maraqlanan deputat şəhid ailələri ilə də söhbət edib. 

 Qeyd edək ki, İlkin Saməddin oğlu Ağaquliyev 4 oktyabr 2000-ci ildə Şabran şəhərində doğulub. Orta təhsilini Şabran şəhər 1 saylı tam orta məktəbdə alıb. 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə təhsilini davam etdirib.

 İlkin Ağaquliyev 2018-ci ilin oktyabrın 8-də hərbi xidmətə yollanıb. 2020-ci ilin aprel ayında hərbi xidmət başa vuraraq Əlahiddə Həmlə Batalyonunda MAXE kimi hərbi xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. 18 oktyabr 2020-ci ildə Şabran rayon Şəhidlər Xiyabanında dəfn olunub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qoyulmuş vəzifələrin icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixində Sərəncamına əsasən, İlkin Ağaquliyev ölümündən sonra "Vətən uğrunda" və 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən "Suqovuşanın azad edilməsinə görə" medalları ilə təltif edilib.

 138552013855231385524


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də