Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Göyçayda küçə söyüşləri ilə danışan məktəb direktorunu kim himayə edir? - FOTO

"Bu şikayətimdə yazıb Sizə bildiriəm ki, Göyçay rayonu İnçə kənd R.Babayev adına tam orta məktəbin direktoru Əliyeva İlahə Yaşar qızı vəzifəsindən sui-istifadə edərək korrupsiya əməlləri ilə məşğul olur ki, buna görə müəllim və şagird heyəti çox əziyyət çəkirlər."

regiontv.info xəbər verir ki, bu sözlər Göyçay rayonu Çərəkə kənd sakini Hümbətov Asif Atəş oğlu tərəfindən "Asiya.az" Xəbər Portalının elektron poçtuna daxil olan ŞİKAYƏT məktubunda yazılıb.

Şikayətçi daha sonra yazır:

"İlahə Əliyeva Mərkəzi Aran Regioanl Təhsil İdarəsinin müdir müavinin Cavad Cavadov himayə edir. Cavad Cavadov Göyçay rayonu Potu kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyən zaman İlahə Əliyeva ilə çox yaxın münasibətdə olublar. Buna görə də Cavad Cavadov yaxın münasibətdə olduğu İlahə Əliyevanı ad günündə hədiyyə olaraq əvvəlcə Göyçay rayonu Çərəkə kənd 1 saylı tam orta məktəbinə, bir il sonra isə İnçə kənd R.Babayev adına tam orta məktəbinə direktor vəzifəsinə əmrin verdirib. Buna görədə İlahə Əliyeva tez-tez bunu vurğulayır ki, bu vəzifə mənə ad günü hədiyyəsidir.

İlahə Əliyeva Azərbaycan Təhsil sisteminə yaramayan bir şəxsdir. Çünki təxminən iki il öncə sosial şəbəkədə İlahə Əliyevanın çılpaq şəkilləri yayıldı. İndi belə bir şəxsin böyük bir kollektivə çoxlu sayda şagirdi olan bir məktəbə direktor vəzifəsinə təyin edilməsi Azərbaycan Təhsilinə hörmətsizlikdir.

İlahə Əliyeva məktəbdə kobud davranışı ilə həm müəllimlər həm də şagirdlər arasında nifrət qazanıb.
Dərs saatlarını rüşvətlə satır. Deyir ki, mənlik deyil Mərkəzi Aran Regional Təhsil İdarəsi belə tələb edir. Etiraz edən müəllimləri isə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadovun adı ilə hədələyir. Rüvşət verməyən müəllimlərin dərs saatlarını isə 3 dəfə aşağı salıb. Hansı ki, Elm və Təhsil Naziri Emin Əmrullayev özü dəfələrlə vurğulayıb ki, dərs saatlarının müəllimlərin topladığı bala heç bir aidiyyatı yoxdur. Bu adam isə dərs saatı alveri edir.

İlahə Əliyeva 2-ci qrup gözdən əlil olduğu üçün işinin öhdəsindən də gələ bilmir.

O, dərsə 2-3 dəqiqə gecikən şagirdi evinə geri qaytarıb məktəbə daxil olmağa icazə vermir. Məktəbdə komputer almaq üçün müəllimlərdən pul yığılır. Dövlət tərfindən ayrılmış vəsaitin talan edilməsi üçün məktəbdə qış mövsümündə istlik sisteminin işə salınması üçün odun əvəzinə yeşik taxtaları gətizdirilib.

İlahə Əliyeva məktəbdə müəllim və şagird heyəti ilə kobud rəftar etdiyinə görə məktəbdə ciddi narazılıqlar var. Həmçinin tətil olmasına baxmayaraq müəllimləri və texniki işçiləri tez-tez (demək olar ki hər gün) məktəbə çağırıb, orada gözlədir. Bu da direktorun psixoloji probleminin olmasının göstəricisidir. Onun psixoloji problemi var ki, bu faktın da ciddi yoxlanılmasına zərurət var. Çünki adam çox aqressivdir, hamı ilə kobud rəftar edir, özünü hegomon sayır.
İlahə Əliyevanın heç bir müsbət göstəriciləri olmadığı halda himayədarı Cavad Cavadovun tapşırığı ilə tərifnamə ilə təltif edilmişdir. Əslində isə onun xidməti ancaq məktəbi talayaraq Cavad Cavadovun cibini doldurmaq olmuşdur.

Ölkəmizdə təhsilin inkişafına kölgə salan və rüşvətxorluq kimi neqativ amillərlə mübarizə istiqamətində ardıcıl və təxirəsalınmaz tədbirlərin görülməsi təqdirə layiq haldır. Buna görə İlahə Əliyevanın qanunsuz əməlləri barədə obyektiv araşdırma aparılıb ciddi tədbirlər görülməlidir. Həmin məktəbdə müəllim və şagir heyətindən öyrənib araşdırıb tədbir görməyinizi xahiş edirəm"

Asiya.az-ın əməkdaşı göndərilən şikayət məktubunun həqiqət olub-olmadığını araşdırmaq məqsədilə İlahə Əliyevanın şəxsən özü ilə telefon əlaqəsi yaradıb. Redaksiyamıza daxil olan şikayət məktubunu votsap proqramı vasitəsilə direktora təqdim edərək, ondan münasibət öyrənməyə çalışıb. Lakin İlahə Əliyevanın əməkdaşımıza ünvanladığı səs yazıları bizi şoka saldı. İlahə Əliyeva şərəfli peşə sahibi olan müəllimə, üstündə "ana" sözünü daşıyan Azərbaycan xanımına xas olmayan küçə söyüşləri ilə əməkdaşımızı təhqir etməyə başladı. Təhdid dolu səs yazısından belə qənatə gəlmək olur ki, həqiqətən xanım direktorun arxası möhkəm yerə bağlıdır və haqqında söylənilən ittihamlar heç də yalan deyil.  Belə olmasaydı cənab Prezident İlham Əliyevin "mənim köməkçilərim" dediyi, öz peşə fəaliyyətini icra edən jurnalistlə küçə söyüşü ilə danışmağa ürək etməzdi.

Növbəti xəbərimizdə İlahə Əliyevanın əməkdaşımızı təhqir etdiyi səs yazılarını təqdim edərək, onun himayədarı barədə ətraflı araşdırma verəcəyik.





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də