Kəlbəcərdə ölmüş heyvanların görüntüləri ilə bağlı araşdırma başlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, sözügedön görüntü ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində müvafiq araşdırma başlanılıb:
" İlkin baxış zamanı ərazidə hər hansı bir ov izi aşkarlanmayıb. Müvafiq ekspertiza təyin olunub, ekpertizanın rəyindən sonra heyvanların hansı səbədən tələf olması məlum olacaqdır."