Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daşkəsəndə növbəti möhtəşəm “Yaylaq günü” təntənəli şəkildə qeyd olunub 

 Avqustun 25-də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Daşkəsən rayonunun Xoşbulaq yaylağında növbəti möhtəşəm “Yaylaq günü” bayram əhval-ruhiyyəsində keçirilib.
 
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, mədəniyyət işçiləri, yaradıcı kollektivlər, kənd sakinləri, qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
“Yaylaq günü”nün qeyd edilməsində məqsəd Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüzillərlə formalaşmış yaylaq ənənəsinin təbliği, əhalinin asudə vaxtının səmərəli təşkili, eyni zamanda rayonun dayanıqlı turizm potensialının üzə çıxarılmasından ibarətdir.
 
Tədbir çərçivəsində Gəncə Dövlət Filarmoniyasının musiqi heyəti və solistlərinin, el aşıqlarının rəngarəng çıxışları, Gəncə Dövlət Dram və Kukla teatrları aktyorlarının şən səhnəcikləri, şux rəqslər, sərgilər, əl işləri, yaylaq məhsullarının nümayişi və satışı olub, milli kulinariya nümunələri təqdim edilib.

 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də