Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bələdiyyədən olan namizədlərlə görüş keçirildi - FOTO

Bələdiyyədən olan namizədlərlə görüş keçirildi - FOTO

“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası seçki marafonunda iştirak edən siyasi partiya və bitərəf namizədləri, QHT sektoru və bələdiyyələrdə fəaliyyət göstərən namizədlər, həmçinin monitorinq və müşahidə fəaliyyətini həyata keçirilən yerli və beynəlxalq təşkilatlarla görüşlər keçirir. 

Bu gün “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının həmtəsisçiləri Vüqar Tofiqli, Zaur İbrahimli və Ramil İskəndərli bələdiyyə üzvü və qulluqçuları olan namizədlərlə görüş keçiriblər. Görüşdə Səbail, M. Ə. Rəsulzadı, Yasamal, Bİnəqədi, Nəsimi, Ramana və digər bələdiyyələrdən olan 20-yədək üzv və qulluqçular iştirak ediblər. 

Görüş zamanı seçkiqabağı təşviqat proseslərində namizədlərin fəaliyyəti, əhali qrupları ilə görüşlər və bir sıra maraq kəsb edən məsələlər müzakirə edilmiş və fikir mübadiləsi aparılmışdır. 

 Ümumulikdə, seçki marafonunda iştirak edən namizədlərdən 30 nəfəri bələdiyyə üzvü və qulluqçularıdır. Namizədlərdən 10 nəfəri bələdiyyə üzvü və 20 nəfəri isə bələdiyyə qulluqçusudur. Namizədlərdən iki nəfəri isə bələdiyyə sədridir (M.Ə.Rəsulzadə və Ağdaş). 30 namizəddən 13-ü qadın, 17 nəfəri isə kişidir.
Seçki prosesi ilə əlaqədar müraciətlər, təkliflər, şikayətlər [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də