
Avqustun 9-da, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbulda iştirak etmək istəyənlər Mərkəzə (050-353-48-66) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.