Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

7 şəhidin nəşi dəfn üçün Xocavəndə APARILDI

7 şəhidin nəşi dəfn üçün Xocavəndə APARILDI

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlərin nəşi Xocavəndə göndərilib.

, Trendin-in məlumatına görə, Dadaşov Uğur Eldar oğlu, Doluxanov Rəhim Məhkəmə oğlu, Tağıyev Telman Tevon oğlu, Abbasov Sərvər İldırım oğlu, Məmmədov Ədalət Şahmar oğlu, Mustafayev Qərib Həsrət oğlu və Mirzəyev Məmməd Hüseyn oğlunun nəşləri dəfn olması üçün Beyləqan rayonundan yola salınıb.

Beyləqan Mərkəzi Rayon Xəstəxanasında təşkil olunan mərasimdə insan izdihamı yaşanıb. Vida mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dəfn mərasimi şəhidlərin doğulduğu və uğrunda həlak olduğu Xocavənd rayonunun Qaradağlı kənd qəbiristanlığında olacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də