Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əhməd Rəcəbli küçəsində yeni yol infrastrukturu qurulub - FOTOLAR

Əhməd Rəcəbli küçəsində yeni yol infrastrukturu qurulub - FOTOLAR

Bakının Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə Akademik Həsən Əliyev küçəsi arasında yerləşən hissəsində təmir-bərpa işləri aparılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliynə istinadən xəbər verir.

 Məlumata görə, 910 metr uzunluğa malik ərazidə müasir standartlara cavab verən yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib.

Nişanlanma xətlərinin əksəriyyəti ikikomponentli boya ilə çəkilib. Həmçinin boyanın işıq qaytarıcılığını artırmaq məqsədilə şüşə tozundan istifadə olunub.

 Quraşdırılan yol nişanları isə ilk dəfə olaraq ikiqat bükülüb, uzunmüddətli korroziyayadavamlı və ekoloji cəhətdən təmiz materialdan hazırlanıb. Yolda hərəkət iştirakçılarının rahatlığının və təhlükəsizliyinin təmin edilməsi üçün nişanların görünməsi, işıqqaytarıcılığı maksimum dərəcədə təmin edilib.

 Üstün görünmə qabiliyyətinə malik bu nişanlar sərt hava şəraitindən asılı olmayaraq uzun müddət bütöv və oxunaqlı qalır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də