Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həlak olan hərbçimiz bu rayondandır - FOTO

Həlak olan hərbçimiz bu rayondandır - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib. Nəticədə sürücü və sərnişini M.Müsədirov hadisə yerində həyatını itiriblər.

Həyatını itirən hərbçi Mustafayev Kənan Tapdıq oğlu Qəbələ rayon Abrıx kəndindəndir.

 O, Vətən müharibəsində iştirak edib, antiterror əməliyyatları zamanı yaralanıb. Qeyd edək ki, Mustafayev baş leytenant rütbəsini daşıyıb. Müharibə zamanı leytenant olan Kənan “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif olunub.

 Qeyd edək ki, Murad Müsədirov isə əslən Qazax rayonunun Aslanbəyli kəndindəndir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də