Ötən ilin sonunda Azərbaycana çatdırılmış 4 "FLİRT" qatarı artıq tam istismara hazırdır. Bu gün Ucar və Ləki stansiyası istiqamətində rəmzi səfər təşkil edilir.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərli mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ilk dəfə sürətli sərnişin qatarlarına Ucar və Ləki stansiyalarında dayanacaq verilir.
"İstər Ucar, istər Ağdaş və ətraf rayonların 100 minə yaxın sakini üçün sürətli sərnişin qatarlarından istifadə əlçatan olacaq",-deyə o, qeyd edib.
S.Nəzərli əlavə edib ki, qatarda bar vaqon var, fiziki məhdudiyyətli insanlar üçün xüsusi oturacaqlar mövcuddur. Burda velosipedlərin saxlanması üçün yer təşkil edilib. Qatarın innovativ təhlükəsizlik sistemi var, bu da sərnişinlər rahat və təhlükəsiz mənzil başına çatmasına imkan verir.
O, qatarın müasir olmasına da diqqət çəkib: “Qatarda bar vaqon var, o cümlədən fiziki məhdudiyyətli insanlar üçün xüsusi oturacaqlar var. Burda velosipedlərin saxlanması üçün yer təşkil edilib. Qatarın innovativ təhlükəsizlik sistemi var, bu da sərnişinlər rahat və təhlükəsiz çatmasına imkan verir”.