
Ağsuda avtomobil qəzası baş verib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, martın 1-i saat 23 radələrində Ağsu rayonunun Şahbəyli kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Məlikov Vüsal Güloğlan oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Müxtəlif bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.