
Baş prokuror Kamran Əliyev Cəlilabadda vətəndaşları qəbul edəcək.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Baş prokuror Kamran Əliyev martın 5-də, saat 10:00-da Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad, Masallı və Yardımlı rayon sakinlərinin qəbulunu keçirəcək.