Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yevlax şəhər Balçılı bələdiyyəsinin sədri seçicilərin rəğbətini qazanan rəhbər şəxsdir



   Yəqin ki, hər kəs o haqda məlumata malikdir ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası, məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilir. Yəni, Ümummilli Liderin səyi ilə dövlət quruculuğu sahəsində həyata keçirilən  islahatlar nəticəsində, eyni zamanda Avropa Şurasının təklifləri də nəzərə alınmaqla, ilk dəfə ölkəmizdə olaraq bələdiyyə institutu yaradılır. Çox keçmir ki, bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasını həyata keçirən qeyri-dövlət qurumuna çevrilirlər. Faktdır ki, ölkəmizdə fəaliyyət göstərən hər bir bələdiyyənin öz mülkiyyəti, büdcəsi, seçkili bələdiyyə orqanları mövcuddur və bu qeyri-dövlət qurumu, məhz öz səlahiyyətlərinə aid olan bir çox yerli əhəmiyyətli sosial məsələləri müstəqil surətdə həll edə bilirlər. Qeyd edək ki, hər bir bələdiyyənin fəaliyyəti bərabərlik əsasında qurulur və onlar bu yöndə də fəaliyyət göstərirlər. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmiş və həmin vaxtlarda Respublikamızda 2700 bələdiyyə yaradılmışdır. Bir qədər vaxt keçdikdən sonra isə, kiçik bələdiyyələrin böyük bələdiyyələrə birləşdirilməsi prosesi baş verdi və belə bir səbəbdən də, ümumi bələdiyyələrin sayı 1771-ə çatdı. Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin olunmaqla ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir.

    Ölkəmizdə bələdiyyələrin yaranması demokratiyanın inkişafı ilə bərabər, eyni zamanda ölkə vətəndaşlarına idarəçilik işlərində yaradılmış imkanın göstəricisidir. Bəli, vətəndaş cəmiyyətinin əsas atributlarından biri hesab olunan yerli özünüidarə orqanları ilk vaxtlardan elə təşkil olundu ki, insanlar öz fəaliyyətində yerli özünüidarəetmə orqanlarının varlığını və zəruriliyini hiss etməyə başladılar. Belə bələdiyyələrdən biri də Yevlax şəhəri Balçılı bələdiyyəsidir. Qeyd edək ki, illər öncə Balçılı bələdiyyəsinə bir neçə nəfər şəxs rəhbərlik etmiş və ötən illər ərzində bu bələdiyyənin əhatə etdiyi ərazi hüdudlarında çoxsaylı sosial problemlər öz həllini tapmışdır. Artıq bir neçə ildir ki, bu bələdiyyəyə idarəçilik sahəsində lazımi göstəriciləri özündə cəmləşdirən, seçicilərin dərin inam və etibarını qazanan Zeynalova Lyuba İlyas qızı rəhbərlik etməkdədir. Haqqında söhbət açdığımız bələdiyyənin sədri Lyuba Zeynalova, faktdır ki, təqribən 1141 nəfər sakinin yaşadığı ərazidə üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirən vəzifə sahibidir. O, bir neçə ildir ki, bugünkü vəzifəsini daşımaqdadır. Lyuba Zeynalovanın bugünkü vəzifəsinə seçki yolu ilə sahib olması, əslində Balçılı bələdiyyəsi ərazisində həyata keçirilən quruculuq və yeniləşmə işlərinə çox böyük təsirini göstərir. Ötən illər ərzində bu bələdiyyəyə aid ərazilərin yeniləşməsi onu söyləməyə əsas verir ki, Lyuba xanım olduqca səriştəli idarəçilik bacarığına sahib olan bələdiyyə sədridir. Bəli, bu gün hər kəs görür ki, Balçılı bələdiyyəsinin əhatə etdiyi ərazilər olduqca gözəlləşib və hal-hazırda müəyyən yerlərdə abadlıq-quruculuq işləri həyata keçirilməkdədir. Qeyd edək ki, vaxtilə sakinlərin üzüzə qaldıqları və sosial əhəmiyyət kəsb edən problemlərin tam əksəriyyəti artıq aradan qaldırılmaq üzrədir.

     Onu da bildirək ki, ötən müddət ərzində Lyuba Zeynalovanın başlıca amalı üzərinə düşən vəzifə borcunu şərəflə, layiqincə yerinə yetirmək olub.  Sözsüz ki, ötən illər ərzində bu bələdiyyəyə aid ərazilərdə yaşayan sakinlərə məxsus çoxsaylı sosial problemlərinin həllində, Balçılı bələdiyyəsi sədrinin müstəsna xidmətləri olmuşdur. Faktdır ki, Yevlax Şəhər İcra Hakimiyyəti Aparatı ilə bu bələdiyyə arasında yaradılmış işbirliyi, bir çox sosial problemlərin həllinə lazımınca təsirini göstərib. Məsələn, hər il bələdiyyənin daxili imkanları hesabına dolanışıq vəziyyəti ağır olan sakinlərə müəyyən köməkliklər göstərilmiş, ilin əziz günlərində şəhid ailələri, müharibə veteranları, xəstələr, təhna yaşayanlar, çoxuşaqlı ailələr və s. lazımi diqqət və qayğı ilə əhatə olunmuşlar. Bələdiyyəyə aid küçə və döngələrdə mütəmadi təmizlik işləri həyata keçirilir ki, bu da rəhbərliyin daim diqqət mərkəzində saxladığı məsələlərdən biri olur.

     Bəli, bu gün Balçılı bələdiyyəsi  ərazisində çoxsaylı sosial problemlər Lyuba Zeynalovanın sayəsində həllini tapır və belə bir halın varlığı, məhz ona daha çox uğur gətirməkdədir. Çünki, bu bələdiyyənin ərazisində problemlər həllini tapırsa, sakinlərin sosial-rifah halının yaxşılaşdırılması yöndə müəyyən addımlar atılırsa, deməli rəhbərlik daşıdığı vəzifəsinin məsuliyyətini lazımınca dərk edir. Bundan əlavə, Lyuba Zeynalova bugünkü addımları ilə ölkə rəhbərinin yürütdüyü müdrik siyasətə lazımi dəstəyini də ifadə edir. Bu əsl həqiqət, reallığın görünən tərəfləridir. İnanırıq ki, Balçılı bələdiyyəsi sədrinin çevik idarəçilik bacarığı, problemli məsələlərin həllində oynadığı rolun varlığı, təşklatçılıq qabiliyyətinin göstəricisi və s. bundan sonra da əksər problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq.

    Hal-hazırda Lyuba Zeynalovanın fəaliyyətində əsas istiqamət, başlıca qayə məhz dövlətimizə, xalqımıza, ən əsası Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətlə xidmət etməyə yönəlib. Qürurveririci haldır ki, adı çəkilən bu rəhbər şəxs tərəfindən göstərilən belə bir yanaşma, belə bir münasibət, məhz bu gün də özünü doğrultmaqda davam edir. Bir həqiqəti də qeyd edək ki, Lyuba Zeynalovanın həyat və fəaliyyəti haqda lazımi məlumatları əldə etdikdə o da məlum olur ki, o, hər zaman daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran, xalqını sevən, dövlətçiliyimizin qorunmasına və möhkəmləndirilməsinə çalışan rəhbər şəxsdir. Bəli, Lyuba Zeynalova bələdiyyə sədri olaraq öz işində pirinsipiallıq, qətiyyətllilik nümayiş etdirir ki, bu da hər zaman ona baş ucalığı gətirir. Belə bir şəxs(lər)in fəaliyyətini qiymətləndirmək, lazımi dəyər vermək hər kəsin əsl vətəndaşlıq borcudur.

Hazırladı: Elxan ƏLİYEV


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də