Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Goranboyda Gənclər Günü qeyd edildi

Goranboyda Gənclər Günü qeyd edildi


Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin, Goranboy və Naftalan rayonları üzrə Təhsil sektoru rəhbərlərinin, bir qrup ziyalı və gənclərin iştirakı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib.

Tədbir iştirakçıları  öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Sonra tədbir Goranboy rayonu Heydər Əliyev Mərkəzində  davam etdirilib.

Tədbirdə çıxış edən icra başçısı Məhərrəm Quliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkədə gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunduğunu, onların faydalı məşğulluğunun təmin edildiyini və dövlət idarəçiliyi sistemində iştirakının daha da artırılması istiqamətlərində işlərin görüldüyünü, xüsusən də 44 günlük Vətən müharibəsində gənclərimizin - Şəhid və qazilərimizin fədakarlığını vurğulayıb.

Sonda müxtəlif sahələrdə çalışan bir sıra gənc uğurlu xidmətlərinə görə Goranboy rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də