Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük qayıdışla bağlı Dövlət Proqramını təsdiq edib.
Proqramın əhatə etdiyi sahələrdən biri də heyvandarlıqdır. Proqramda dayanıqlı məskunlaşma üçün heyvandarlıq təsərrüfatının və arı ailələrinin işğaldan azad edilmiş ərazilərin təhlükəsiz zonalarına köçürülməsi, yay və qış otlaqlarından səmərəli istifadə planlarının hazırlanması və müvafiq rayonların ərazilərinə heyvanların dislokasiya edilməsi kimi fəaliyyətlər nəzərdə tutulub.
Hökumət azad edilən ərazilərdə heyvandarlığın inkişafı üçün heyvanların alışının güzəştli şərtlərlə maliyyələşdirilməsi kimi işlər həyata keçirir.
Bəs işğaldan azad edilən ərazilərdə heyvanların sayı nə qədərdir?
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2022-ci ildə azad edilən ərazilədə ən çox heyvan Kəlbəcərdə saxlanılıb.
Azad edilən ərazilər üzrə heyvanların sayı 2022-ci ilin sonunda aşağıdakı kimi olub: