Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yuxarı Lars yolu AÇILDI

Yuxarı Lars yolu AÇILDI


Ermənistanla Rusiyanı birləşdirən yeganə yolun keçdiyi Gürcüstanla Rusiya arasındakı "Yuxarı Lars" keçid məntəqəsi bütün nəqliyyat növləri üçün açılıb.

Bu barədə "News Georgia" məlumat yayıb.

Belə ki, Gürcüstanın Yol Departamenti Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudari-Kobi hissəsində ağır yük maşınları üçün qoyulan məhdudiyyətlərin götürüldüyünü açıqlayıb.

 Yük daşımaları və oturacaq yeri 30-dan çox olan avtobuslar əks rejimdə keçirilir.

 Rusiya tərəfi də öz növbəsində Vladiqafqaz-Lars hissəsində hər iki istiqamətdə bütün növ nəqliyyat vasitələri üçün hərəkəti açdığını elan edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də