Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

TƏCİLİ! Azərbaycanın bu şəhərində “Hepatit A” virusu yayıldı – AÇIQLAMA




Son bir həftə ərzində Mingəçevirdə əsasən “Tərəvəzçilik” yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş hepatit A diaqnozu ilə beş xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.

 Səhiyyə Nazirliyi faktla bağlı açıqlama verib. Bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində daxil olan bildirişə əsasən araşdırma aparılıb, Kür çayından götürülən su nümunələrində hepatit A virusu aşkar edilməyib.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, fakta əsasən, beş nəfər uşaq hepatit A virusuna yoluxub:

“Bir nəfər 8 nömrəli məktəbin, iki nəfər texniki-humanitar liseyin şagirdi, iki nəfər isə məcburi köçkün məktəbinin şagirdləridir. Onlar 7, 9 və 10-cu sinif şagirdləridir. Uşaqlar Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib”.

Həkim İlqar Həsənovun sözlərinə görə, xəstələrin vəziyyəti hazırda yaxşıdır və valideynlərinin təkidi ilə müalicələri paytaxtda davam etdirilir.

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

“Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Müraciət edən şəxslərdən birinin vəziyyəti ağır, dördünün vəziyyəti orta ağır qiymətləndirilib.

Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də