Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları tərəfindən şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı keçirilən tədbirlər nəticəsində daha 21 nəfər saxlanılaraq barələrində inzibati qaydada tədbir görülüb. Qeyd edək ki silsilə tədbirlər zamanı son 3 gün ərazisində şəhər ərazisində 100-ə yaxın avara və dilənçiliklə məşğul olan şəxs saxlanılaraq barələrində tədbir görülmüş və qeydiyyatda olduqlarını rayona göndəriliblər
Xəbəri paylaş