Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daşkəsən camaatı ƏLİÇIRAQLI ONU AXTARIR... - Sonuncu dəfə onu...




 

 

 

 

Daşkəsən camaatı ƏLİÇIRAQLI ONU AXTARIR... - Sonuncu dəfə onu...

Haqqında bəhs edəcəyimiz millət vəkili Kamran Bayramov barəsində qısa bir məlumat verək. Deməli, 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsindən deputat seçilmiş Kamran Fərhad oğlu Bayramov 1979-cu ilin noyabr ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Bakı şəhəri, Yasamal rayonunun 20 nömrəli orta məktəbi bitirərək, həmin ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1999-cu ildə həmin Universiteti bitirərək hüquqşünaslıq üzrə bakalavr dərəcəsini almışdır. 2008-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistraturaya qəbul olunmuş, 2011-ci ildə hüquq fakültəsinin magistr pilləsini fərqlənmə ilə bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistraturaya qəbul olunmuş, 2016-cı ildə həmin təhsil müəssisəsini fərqlənmə ilə bitirmişdir. 1999-cu ilin sentyabr ayında təyinatla Ədliyyə Nazirliyinə işə qəbul olunaraq nazirliyin mərkəzi aparatının Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor vəzifəsinə təyin edilmiş; 1999–2006-cı illər ərzində Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor, məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışmış; 2006-cı ilin sentyabr ayında İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsinə təyin olunmuş; 2007-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmiş; 2007–2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində çalışaraq baş məsləhətçi vəzifəsinə qədər yüksəlmiş; 2013-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri vəzifəsinə təyin olunmuş; 2015-ci ilin noyabr ayının 1-də keçirilmiş Milli Məclis seçkilərində 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentlərarası İttifaqda və NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. Bu uzun girişi yazmaqda məqsədimiz odur ki, bu adam ALİ HÜQUQ TƏHSİLİ alandan sonra bələdiyyə üzrə ikinci təhsil alıb. Niyə və nəyə görə..? Digər məsələyə nəzər salaq. Biz deputatları bəzi media mənsubları kimi lal deputatlar-filan deyə bölmürük. Atalar demişkən, elə məsələlər var ki, susmaq daha düzgündür, nəinki mənasız danışmaq. Amma... Əmması odur ki, Daşkəsən camaatı yazır ki, bizim deputatımız da bircə dəfə ağzını açıb seçicilərin problemindən danışsın... O da bildirsin ki, seçicilərin hansı problemləri var. Daşkəsəndən olan seçicilər deyir ki, Kamran Bayramov seçilən gündən indiyə qədər, neçə ildir ki, Millət vəkili kürsüsündə əyləşib, hələ bir dəfə də olsun camaatın heç bir problemini müzakirəyə çıxarmayıb, heç kimin yaralı barmağına bircə damcı da olsa yod vurmayıb...
Seçicilər yazır ki, dəfələrlər işıq, qaz problemi ilə bağlı, yaxud yollarımızın vəziyyəti ilə bağlı deputatımız Kamran Bayramova müraciət etmişik....amma.... Daşdan səs çıxıb, deputat Kamran Bayramovdan səs çıxmayıb...
Sakinlər yazır ki, bu neçə ildə bircə dəfə də olsun deputatın sifətini görməmişik... Sözün qısası, Daşkəsən seçiciləri öz deputatlarını axtaır...
P.S. Hörmətli Millət vəkili Kamran Bayramov, dünən Binəqədidən seçilmiş Millət vəkili Hacı Madər Musayevi itirdik. Onun vəfatından təkcə Binəqədililər kədərlənmədi, çox adamlar kədərləndi, çünki Hacı Madər həmişə camaatın içində idi, onların problemləri ilə maraqlanırdı. //gundelik-baku.com//

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də