Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə Kəlbəcərin bir qrup yaşlı sakini doğma yurdlarına yola düşüb.
Səfər jurnalistlərin müşayiəti ilə təşkil olunub.
Tədbirin əsas məqsədi Kəlbəcərin yaşlı sakinlərinin fikirlərini gələcək nəsillərə çatdırmaq, eyni zamanda, erməni vandalizmini onların dilindən öyrənməkdir.
Səfər zamanı sakinlər Kəlbəcər rayonunda şəhidlərimizin abidəsini ziyarəti edəcək. Daha sonra İsti suya gedəcək. Eyni zamanda rayonun Qılınclı, Nadirxanlı, Sarıdaş, Cəmilli, Dəmirçidam kəndlərində dağıdılmış qəbiristanlıqlar, təhsil müəssisələri, tarixi abidələri ilə tanış olacaqlar. Həmçinin Söydlü yaylağında fermerlərlə görüşəcəklər.