Rusiya Aerokosmik Qüvvələrinin İl-76 təyyarəsi ilə Ulyanovsk aerodromundan Dağlıq Qarabağa Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının mühəndis-istehkamçı bölməsinin hərbçiləri, xüsusi texnikası və cihazları göndərilib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
“İstehkamçılar mühəndis kəşfiyyatı, yolların və obyektlərin minalardan təmizlənməsi, eləcə də suların təmizlənməsi və digər mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirəcəklər. Bundan başqa, partlayış təhlükəli predmetlərin axtarışına xidməti itlər də cəlb olunacaq”, - deyə məlumatda vurğulanıb.