Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu erməni keşiş Kəlbəcərdəki türk məbədindən çıxmayacağı haqda sərsəmlədi...-FOTOLAR

Belə sərsəm fikirlə onun boş başını separatçı-terrorçu Araik Arutyunyan doldurub...




"Erməni xaçkarlarına toxunmayın.  Dadivank Azərbaycana verilməyəcək!”

Bu sərsəm cümlələri "Sputnik Ermənistan”-a Azərbaycan Respublikasının 3 gün sonra işğaldan azad edilməli olan  Kəlbəcər rayonunun qanunsuz keşişi  Ovannes Ovannisyan  söyləyib.  Əlində avtomat silah tutan separatçı-terrorçu “din xadimi” 27 illik işğal dövründə  ermənilərin “Dadivank” adlandırıdqları qədim xristian türklərə məxsus Xudavəng məbədinin  Azərbaycana verilməyəcəyi vədini ona kimin verdiyini də açıqlayıb. 

"Artsax prezidenti Araik Arutyunyan məni çağırdı və xaçkarlara toxunmamağı əmr etdi. Dedi ki, Dadivank bizimdi və bizim olacaq”-deyə üzdəniraq erməni keşiş bildirib.

Xəbər verdiyimiz kimi, bundan öncə erməni mediasında yayılan məlumata görə, işğalçı və separatçı ermənilər Kəlbəcərdəki Xudavəng  monastrı ilə vidalaşıb(bax: https://www.moderator.az/news/351424.html). Lakin bəhs edilən keşiş O.Ovannisyan əlində avtomat bəyan edib ki, o, məbədi tərk edən deyil, guya onu  sonadək qoruyacaq. Bildirilir ki,  üzdəniraq “din xadimi”  oğulları ilə bərabər 2016-cı ilin aprel savaşında da iştirak edib...

Xatırladaq ki, Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli razılaşmsına əsasən, erməni işğalçı qüvvələri Kəlbəcər rayonundan 15 noyabra qədər çıxarılmalıdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də