Tovuz rayonunda qadının bıçaq xəsarəti alması ilə nəticələnən hadisə qeydə alınıb.
Hadisə Aşağı Quşçu kəndində baş verib. 1990-cı il təvəllüdlü R.Məmmədova bıçaq xəsarəti alıb. Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Qadının hansı şəraitdə bıçaq xəsarəti alması hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.