
"RegionTV.info"nun məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyi bildirib.
Qeyd olunur ki, hazırda ölkə üzrə reanimasiya şöbələrində 262 yerdən 259-u tutulub. Müalicə olunan koronavirus xəstələrinin 750-si ağır vəziyyətdədir, 63 nəfər isə süni nəfəs aparatına qoşulub.
Ötən gün Ermənistanda 1 164 yeni yoluxma qeydə alınıb. Bu günədək virusdan ölənərin sayı 3 400-ə çatıb.