
"RegionTV.info" xəbər verir ki, İsrailin nüfuzlu “Haaretz” qəzeti belə çağırışla çıxış edib. İsrailli siyasətçilərə “Artıq Türkiyə ilə yenidən dost olmağın vaxtı çatlb” çağırışı edən qəzet, münasibətlərin bərpasının Təl-Əviv üçün önəmli olduğunu vurğulayıb. Məqalədə qeyd olunur ki, əlaqələrin bərpası İranın regiondakı təsirini tamamilə azaldacaq. Müəllifə görə, Təl-Əviv də bunun üçün çalışır. Məqalədə bildirilir ki, Türkiyə ilə İran düşmən deyil. Amma Ankara və Tehranın Suriya və İraqdakı mövqeləri üst-üstə düşmür:
“Ərdoğan İsrail ilə əlaqələri bərpa etməyə normal yanaşır. ABŞ adminstrasiyası da bu məsələdə Ankaraya təzyiq göstərməyə çalışır. Yenidən güclü diplomatik əlaqələrin qurmağın vaxtıdır”.