
RegionTV.info bildirir ki, hadisə magistral yolun Yevlax şəhərindən keçən hissəsində, yol dairəsində baş verib.
"Shacman" markalı yük maşını "VAZ 2115" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan "VAZ"-ın iki sərnişini - Göyçay rayon sakinləri, 1968-ci il təvəllüdlü Salahov Habil Taleh oğlu və 1985-ci il təvəllüdlü Ağayev Nicat Azər oğlu Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.