
"RegionTV.info" xəbər verir ki, koronavirus epidemiyasına qarşı mübarizə çərçivəsində tətbiq olunan beynəlxalq səyahət məhdudiyyətlərinin iyul ayına qədər uzadılacağı və qaydaları pozaraq ölkəni tərk etmək istəyənlərin 5 min funt sterlinq cərimə ödəyəcəyi açıqlanıb.
Yalnız iş, təhsil, sağlamlıq səbəbləri və fövqəladə hallar baş verərsə səyahətlərə icazə verilir. Turist səfərləri isə qadağandır.