Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dubayda on günlük matəm elan olunub - FOTO

Dubay əmirinin qardaşı Həmdan bin Rəşid əl-Məktum vəfat edib.

"RegionTV.info"   xəbər verir ki, o, əmir Məhəmməd bin Rəşid əl-Məktumun müavini və dünya atçılıq yarışlarının nüfuzlu simalarından biri olub. 
75 yaşlı şeyx Həmdanın xeyli müddət idi ki, xəstə olduğu və oktyabr ayında xarici ölkələrin birində əməliyyat keçirdiyi bildirilib.
 
Mərhum ötən əsrin 80-ci illərində Britaniyada ilk yarış atçılıq mərkəzi “Shadwell Racing”in əsasını qoyub. Bu sahədə ixtisaslaşan şeyx əsl “atçılıq imperiyası” yaradıb.

Onun ölümü ilə əlaqədar martın 25-dən etibarən Dubayda on günlük matəm elan edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də